“Arsenal” 18 yaşlı futbolçuya elçi düşdü
13 fevral 2021 17:00 (UTC +04:00)

“Arsenal” 18 yaşlı futbolçuya elçi düşdü

İngiltərənin “Arsenal” klubu Tyaqu Tomaşı transfer etmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi Portuqaliya “Sportinq”inin 18 yaşlı hücumçusunun böyük perspektiv vəd etməsi qənaətindədir.

Lissabonlularla 5 illik müqaviləsi olan forvardın qiyməti də çox bahadır. Onun müqaviləsində getməsi üçün 59 milyon avro tələb olunur.

Lakin koronavirus pandemiyası üzündən maliyyə çətinlikləri olan paytaxt klubu güzəştə də getməyə hazırdır. Bu da London təmsilçisi üçün qənaətbəxş endirim olacaq.

Qeyd edək ki, Tyaqu cari mövsümün 18 matçında 2 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1272
avatar

Oxşar yazılar