Arıqlamaq üçün açıq havada bu idmanı edin
11 fevral 2023 14:28 (UTC +04:00)

Arıqlamaq üçün açıq havada bu idmanı edin

Fitnes mütəxəssisi Antoni Yonq arıqlamaq üçün effektiv açıq hava intervalı məşqindən danışıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, mütəxəssis qışda aktiv gəzintiləri intensiv məşq etmədən çəki azaltmaq, həmçinin ürək-damar sisteminin vəziyyətini və psixoloji sağlamlığı yaxşılaşdırmaq üçün əla üsul adlandırıb.

“İlk beş-on dəqiqə ərzində bədəninizi və oynaqlarınızı qızdırmaq üçün normal sürətlə gəzin. Sonra bir dəqiqə qaçmadan bacardığınız qədər sürətlə gəzin”, deyə o, izah edir.

Bundan əlavə, Yonq 15 saniyə ərzində yürüş zamanı əlavə isinmə hərəkətləri etməyi, sonra yenə 45 saniyə rahat sürətlə getməyi məsləhət görür. Bu ardıcıllığı beş dəfə təkrarlamaq lazımdır. Yonqun sözlərinə görə, sakit tempdə beş dəqiqəlik gəzinti və bir neçə uzanma məşqi ilə yeriş tamamlanmalıdır. Ümumilikdə, bu məşq təmiz havada 35 dəqiqə davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1815
avatar

Oxşar yazılar