"Arenal"ın keçmiş hücumçusu Terri Anri heç vaxt Joze Mourinyonun rəhbərliyi altında oynamadığına görə məyus olduğunu etiraf edib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, qeyd olunur ki, portuqaliyalı mütəxəssis fransızın "Arsenal"da çıxış etdiyi bir vaxtda uzun müddət "Çelsi"nin baş məşqçisi olub.
“Mən onunla işləmək istərdim. O, sizdə ən yaxşısını ortaya çıxara bilən əsl motivatordur. Bəzən darıxırdım”, - İtaliya mətbuatı Anridən sitat gətirir.
Əlavə edək ki, Mourinyo hazırda "Roma"ya rəhbərlik edir. Roma klubu 23 oyundan sonra 44 xalla A Seriyasının turnir cədvəlində üçüncüdür.