"Arsenal", "Barselona" və Fransa yığmasının keçmiş hücumçusu Tyerri Abri Ronald Kumanın kataloniyalılar tərəfindən qovulmasından sonra "Barselona"nın baş məşqçisi kimi Erik ten Haqa məsləhət gördüyünü etiraf edib.
“Arsenal”ın qalib gəldiyinə görə şadam, ikinci hissədəki performansı ilə buna layiq idilər. Ancaq fikir verib, “Mançester Yunayted” ten Haqın rəhbərliyi altında çox fərqli bir komanda kimi görünür. Düzünü desəm, mən ten Haöın böyük pərəstişkarıyam, “Barselona” Kumanı qovduqdan sonra onu Laporta tövsiyə etdim. O, dahidir", - Lent.az xarici mətbuata istinadla bildirir ki, fransalı deyib.
Xatırladaq ki, mütəxəssis sonda “Mançester Yunayted”ə rəhbərlik edib. Mankunianlarda start uğurlu olmayıb, lakin ten Haq Kriştiano Ronaldodan qurtulduqdan sonra komandanın işi yaxşılaşıb.
20 oyundan sonra "qırmızı şeytanlar" 39 xalla Premyer Liqanın turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.