Dani Alveşin həyat yoldaşı Coana Sans həbsxanada futbolçuya baş çəkə bilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, “Barselona”, PSJ və “Yuventus”un keçmiş müdafiəçisi gecə klubunun tualetində qıza təcavüz etməkdə şübhəli bilinərək saxlanılıb.
Əvvəlcə Braziliya millisinin keçmiş futbolçusu həyat yoldaşının ona baş çəkməsindən imtina etsə də, bazar günü Coana ona baş çəkə bilib. Qeyd olunur ki, 30 yaşlı model həbsxanadakı ərinə dostu və şəxsi aşpazı ilə baş çəkib.
Coana Sans zorlamada ittiham olunan ərindən boşanması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib.
Sans idmançıdan boşanmaq fikrində olmadığını bildirib və onu həbsxanada görmək istəmədiyi barədə məlumatı təkzib edib. "Mən onu həyatının ən pis anında tək qoymayacağam" deyib.