Almaniyanın “Ayntraxt” klubunun rəhbərliyi hücumçu Randal Kolo-Mouaninin mümkün transferi üçün qiyməti açıqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, klub 24 yaşlı fransızın satışından təxminən 90-100 milyon avro gəlir əldə etmək istəyir. Eyni zamanda qeyd olunur ki, Münhen klubu gələn yay oyunçu üçün təklif irəli sürmək fikrində olmadığından hücumçunun 2022/23 mövsümünün sonunda “Bavariya”ya keçmə ehtimalı azdır.
Xatırladaq ki, Kolo-Mouani 2022-ci ilin iyul ayından “Ayntraxt”ın rənglərini qoruyur. O, bu mövsüm 29 oyuna çıxıb, 14 qol vurub və 14 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.