"Fənərbaxça" klubunun ulduz oyunçusu ekvadorlu Enner Valensiya Konyaspor"la oyunda 2 qolun müəllifi olub.
Lent.az Türkiyə mediasına istinadla bildirir ki, bununla da onun sezonda vurduğu qolların sayı 22, ümumən klubda isə 51 olub.
Futbolçu bununla da, Fernandonu geridə qoyub və "Fənərbaxça"nın 10 ən yaxşı oyunçusu siyahısına düşüb.