Fevralın 22-də Hövsan Olimpiya İdman Kompleksində Xocalı soyqırımına həsr olunmuş kunq-fu idman növü üzrə yeniyetmələr, gənclər və böyüklər arasında Bakı çempionatına start verilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Kunq-Fu Federasiyasının təşəbbüsü ilə keçirilən yarışa 25 komandadan 330 idmançı qatılıb.
Qeyd edək ki, yarışın qalibləri Baş İdarə və federasiya tərəfindən diplom və medallarla təltif olunacaqlar.
(AZƏRTAC)