Londonun “Çelsi” klubunun yarımmüdafiəçisi Villian “Arsenal”a keçməyə yaxındır.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, “Arsenal” artıq Villianla 3 illik müqavilə imzalanmasını razlaşdırıb.
Braziliyalı futbolçu “Aresnal”da ildə 6 milyon avro qazanacaq.
Villianın xidmətinə Londonun digər klubu “Tottenhem” də maraqlı idi.
Braziliyalı ötən mövsümdə “Çelsi”də 47 oyunda iştirak edib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib.