UEFA finalın protokolunu dəyişdi
22 avqust 2020 19:00 (UTC +04:00)

UEFA finalın protokolunu dəyişdi

Avropa Liqasının final matçının protokolunda dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, UEFA "Sevilya" ilə "İnter" arasında keçirilən görüşün son qolunun müəllifini dəyişib.

İspaniya klubu 74-cü dəqiqədə Dieqo Karlosun akrobatik tullanışla vurduğu qol sayəsində 3:2 hesabı ilə qalib gələrək, kuboka yiyələnib. Həmin top müdafiəçinin adına yazılsa da, UEFA bunu silərək Romelu Lukakunun avtoqolu kimi qeyd edib. Çünki həmin epizodda zərbədən sonra məhz belçikalı topa tərs toxunuş edərək, onun tora düşməsinə səbəb olub.

Qeyd edək ki, "Sevilya" tarixində 6-cı Avropa Liqasının qalibi olaraq öz rekordunu yeniləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3559
avatar

Oxşar yazılar