UEFA klubların gecikdirilmiş kredit borclarının olmaması ilə bağlı hesabatların təqdim edilməsi vaxtını uzadıb.
Apasport.az saytının məlumatına görə, buna koronavirus pandemiyası üzündən çempionatların dayandırılması səbəb olub.
Bunu nəzərə alan UEFA qitənin bütün klublarına, o cümlədən Azərbaycan təmsilçilərinə güzəşt edib. Qurum son tarixi bir ay uzadıb. Klublar maliyyə feyr-pleyi əsasnaməsinə uyğun hesabatları martın 31-i deyil, aprelin 30-dək UEFA-ya təqdim etməlidir.