Türkiyə Super Liqasının qalan oyunları Qətərdə keçirilə bilər.
Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası ilə əlaqədar dayandırılan çempionat üçün Qətər hökumətindən təklif gəlib.
Alternativ variantlardan biri qalan matçların Antalyada keçirilməsi olsa da, qətərlilər son 8 turun təşkilatçılığına boyun olurlar. DÇ-2022-nin ev sahibliyini edəcək ölkənin stadionları oyunları qəbul etməyə tam hazırdır.
Razılıq verilərsə, Super Liqa klubları əlavə xərcə də düşməyəcəklər. Çünki meydan, məskunlaşma başda olmaqla bütün xərcləri Qətər hökuməti qarşılayacaq. Məsələ Türkiyə Futbol Federasiyası və Klublar Birliyi tərəfindən müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Türkiyə Super Liqası XXVI tur matçlarından sonra dayandırılıb.