Tokio-2020 təxirə salındı - Dik Pound
23 mart 2020 22:55 (UTC +04:00)

Tokio-2020 təxirə salındı - Dik Pound

Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salınacaq.

Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin üzvü Dik Pound açıqlayıb.

O bildirib ki, Yaponiyada keçirilməsi nəzərdə tutulan Olimpiyada gələn il keçiriləcək: "Olimpiadanın təxirə salındığını demək olar. Konkret hansı tarixdə olacağı hələ dəqiqləşməyib. Amma oyunların 24 iyulda başlamayacağını deyə bilərəm".

 

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 24 iyul - 9 avqust tarixlərində keçirilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624
avatar

Oxşar yazılar