“Barselona” Uruqvay millisinin hücumçusu Luis Suareslə yollarını ayırmaq niyyətindədir.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, 33 yaşlı futbolçuya artıq onun klubu tərk etməli olduğu çatdırılıb.
Suares “Barselona”da 2014-cü ildən oynayır və klub tarixinin ən yaxşı məhsuldar oyunçular siyahısında üçüncü sıradadır.
Uruqvaylını 2007-2011-ci illərdə çıxış etdiyi Hollandiyanın “Ayaks” klubu qaytarmaq istəyir.