Sərnişin təyyarəsi Tumen Hava limanına məcburi eniş edib
02 noyabr 2019 02:40 (UTC +04:00)

Sərnişin təyyarəsi Tumen Hava limanına məcburi eniş edib

 


Rusiyanın “Yamal” Hava Yollarına məxsus, Tumen - Sankt-Peterburq reysi üzrə uçan  “Sukhoi Superjet 100” sərnişin təyyarəsi havaya qalxdıqdan bir qədər sonra məcburi eniş edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, buna səbəb təyyarənin sol mühərrikində yaranmış nasazlıq olub. 

Yerli Aviasiya xidmətinin və Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərdə bildirilib ki, içərisində 80 sərnişinin və 6 ekipaj üzvünün olduğu təyyarə normal eniş edib, xəsarət alanlar olmayıb. 

Qeyd edək ki, “RA-89081” nömrəli sözügedən təyyarə 2017-ci ilin aprel ayında istehsal edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1013
avatar

Oxşar yazılar