Türkiyə klubu "Əskişəhərspor" 2010-2012 illərdə komandanın formasını geyinmiş əcnəbi futbolçuları yada salıb.
Apasport.az saytının məlumatına görə, həmin vaxt Əskişəhər klubunda oynamış Rəşad Sadıqovun adı siyahıda xüsusi vurğulanıb.
Araşdırma zamanı vurğulanıb ki, "Qarabağ"dan ayrılaraq karyerasını yenicə başa vuran 38 yaşlı veteran müdafiəçi 2010-11 mövsümündə ən diqqətçəkən əcnəbi olub. Mövsümün əvvəlində "Qarabağ"dan alınan Sadıqov Superliqada cəmi 5 oyunda 90 dəqiqə meydanda olub. O, "Gənclərbirliyi", "Fənərbaxça", "Ankaragücü", "Karabükspor" və "İstanbul Böyükşəhər Bələdiyyəspor"a qarşı çıxış edib. Müdafiəçi qış fasiləsində isə Türkiyədən ayrılıb.
Qeyd edək ki, Rəşad Sadıqov 2011-ci ildən bu ilin yayına qədər "Qarabağ"ın formasını geyinib.