PSJ-nin sahibi Nasir Əl Xəlifə komandanın Çempionlar Liqasının qalibi olacağı halda ödəniləcək mükafatı açıqlayıb.
Lent.az fanat.az-a istinadən xəbər verir ki, ərəb iş adamı turnirin qalibi olacaqları halda hər futbolçuya və məşqçiyə 500 min avro mükafat verəcəyini bildirib.
Qeyd edək ki, PSJ Çempionlar Liqasının yarımfinalında "Layptsiq"i (Almaniya) mübarizədən kənarlaşdırıraq finala çıxıb. Digər finalçı isə "Lion" (Fransa) üzərində qələbə qazanan Almaniyanın "Bavariya" olub.
Həlledici matç avqustun 23-də Lissabondakı "Estadio da Luz" stadionunda keçiriləcək.