Braziliyalı futbolçu Tyaqo Silva karyerasını İngiltərədə davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, Fransa təmsilçisi PSJ ilə müqaviləsi başa çatan müdafiəçi “Çelsi” ilə sözləşmə imzalayacaq.
Cənubi amerikalı azad agent statusu ilə keçəcəyi klubla 2 illik saziş bağlayacaq. Bu, Silvanın istəyi ilə reallaşacaq. Daha 3-4 il Avropada çıxış etməyi planlaşdıran müdafiəçi London təmsilçisindən 2 illik anlaşma istəyib və ingiltərəlilər bunu müsbət qarşılayıb.
Qeyd edək ki, Tyaqo PSJ-yə 2012-ci ildə “Milan”dan keçib.