Fransa kubokunun qalibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən uzun müddətdir ölkədə yaranan futbol həsrətinə kubokun final matçı ilə son qoyulub.
Həlledici qarşılaşmada yarımçıq başa çatdırılan Liqa1-in çempionu elan olunan PSJ "Stad De Frans"da "Sent-Etyenn"lə üz-üzə gəlib. Rəqibin təxminən bir saat azlıqda çıxış etdiyi matçdan qalib ayrılan PSJ ölkə kubokuna da yiyələnib və " qızıl dubl" edib.
Bununla Paris klubu 13-cü dəfə kubokun sahibi olub. Sonuncu dəfə 1977-ci ildə Fransa kubokunu qazanan "Sent-Etyenn" isə 1982-ci ildən bəri çıxdığı ilk finalda yenə uduzub.
Fransa kuboku
Final
24 iyul
PSJ - "Sent-Etyenn" - 1:0
Neymar, 14