"Neftçi" mövsümlərarası fasilədə növbəti transferini həyata keçirib.
Apasport.az xəbər verir ki, bu barədə klub feysbuk səhifəsi vasitəsilə məlumat yayıb.
Paytaxt təmsilçisi "Lokeren"in vingeri Yusuf Lavalı heyətinə qatdığını bəyan edib. Belçika klubu ilə müqavilə müddəti başa çatan 22 yaşlı sağ cinah oyunçusu "ağ-qaralar"a azad agent kimi keçib. Nigeriyalı futbolçu ölkəsinin "36 Lion" klubunun yetirməsidir və 2017-ci ildə "Lokeren"ə keçib.
Qeyd edək ki, "Neftçi" buna qədər yalnız "Keşlə"dən Cabir Əmirlinin transferini rəsmiləşdirib. Fəhmin Muradbəyli isə "Səbail"dən icarədən qayıdıb.