"Barselona"nın kapitanı Lionel Messi milyarder olmağa hazırlaşır.
Apasport.az saytının "Forbes" nəşrinə istinadən məlumatına görə, argentinalı superulduz 2020/21 mövsümündə futbolçu karyerasındakı ümumi qazancını 1 milyard dollara çatdıracaq.
Bununla 33 yaşlı oyunçu "Yuventus"un hücumçusu Kriştianu Ronaldodan sonra futbolda milyard dollarlıq gəlir əldə edən ikinci futbolçu olacaq. Leo həm də buna nail olan 4-cü idmançı kimi tarixə düşəcək.
Qeyd edək ki, Kriştianu Ronaldo ilə yanaşı, qolfçu Tayger Vuds və boksçu Floyd Meyvezer idmançı karyerasında 1 milyard dollardan çox pul qazanıb.