Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona yenə maraqlı açıqlama ilə gündəmə gəlib.
Apasport.az saytının məlumatına görə, yerli "Ximnasiya" klubunun baş məşqçisi koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətə özünəməxsus şəkildə şərh gətirib.
Maradona bunu çoxlarının "Tanrının əli" kimi dəyərləndirdiyini bildirib: "Bu pandemiya zamanı baş verənləri çoxları "Tanrının əli" adlandırırlar. Bu gün "Tanrının əli"ndən xahiş edirəm ki, koronavirusa son qoysun, insanlar normal həyatlarına dönsünlər".
Qeyd edək ki, DÇ-1986-da İngiltərə ilə matçda əllə qol vuran Maradona sonradan bunu "Tanrının əli" kimi qələmə vermişdi.