Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun "Birmingem"ə keçidi baş tutmayıb.
Apasport.az saytının məlumatına görə, Çempionşipdə uğursuz mövsüm keçirən klub hücum xəttini "Vulverhempton"un forvardı ilə gücləndirmək niyyətindədir.
"Birmingem" 21 yaşlı futbolçunu icarəyə götürmək istəyir. Hətta klublar arasında ilk görüş də baş tutub. Lakin tərəflər Dadaşovun keçidində ortaq məxrəcə gələ bilməyiblər. Bu səbəbdən "Birmingem"in Renatı icarəyə götürmək planı baş tutmayıb. Ancaq adıçəkilən komandanın yenidən "Vulverhempton"a müraciət etməsi istisna olunmur.
Qeyd edək ki, İngiltərənin 1-ci liqa təmsilçisi "Koventri" də Renat Dadaşovun xidmətində maraqlıdır.