İmmobile rekorda yaxınlaşır
24 iyul 2020 11:27 (UTC +04:00)

İmmobile rekorda yaxınlaşır

"Latsio"nun hücumçusu Çiro İmmobile İtaliya A seriyasında bombardirlər yarışında zirvəyə yüksəlib.

Apasport.az saytının məlumatına görə, XXXV turda "Kalyari" ilə qarşılaşmada (2:1) komandasının qələbə topuna imza atan forvard yeni rekorda bir az da yaxınlaşıb.

Cari mövsüm qollarının 31-ə çatdıran 30 yaşlı oyunçu daha 2 dəfə fərqlənərsə, bir mövsümdə ən çox qol vuran italiyalı futbolçu ünvanına şərik olacaq. Hazırda rekord 1958/59 mövsümündə 33 qol vuran Antonio Anceliloya məxsusdur. Feliçe Borel isə 1933/34 mövsümündə İtaliya çempionatında rəqib qapılarına 32 dəfə yol tapıb.

Qeyd edək ki, 72 xalla 4-cü pillədə qərarlaşan "Latsio" sona 3 tur qalmış Çempionlar Liqasına vəsiqəni təmin edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3187
avatar

Oxşar yazılar