Bakı klubu Messiyə "elçi" düşdü
26 avqust 2020 16:22 (UTC +04:00)

Bakı klubu Messiyə "elçi" düşdü

İspaniyanın “Barselona” klubundan ayrılmağa qərar verən argentinalı futbolçu Lionel Messiyə daha bir “müştəri” çıxıb.

Apasport.az saytının məlumatına görə, Bakının “Səbail” klubu cənubi amerikalını heyətində görmək istəyir.

Paytaxt təmsilçisi bunu Facebook səhifəsi vasitəsilə bəyan edib. Bakılıların paylaşımı da bu fantastik arzudan xəbər verir. Bunadək Maykl Essyenin transferi ilə özündən söz etdirən “Səbail” indi də daha sanballı oyunçuya göz dikib. Baxmayaraq ki, komanda Aleksandr Rıbka, Şəhriyar Rəhimov, Kamal Bayramov, Eriko da Silva kimi oyunçuları da saxlaya bilməkdə aciz qalmışdı.

Messiyə “Səbail” forması “geyindirən” Premyer Liqa klubu bu geyimin ona yaraşdığını iddia edir: “Bizcə, Messiyə bu forma əla yaraşır. Bəs siz nə düşünürsünüz?”.

Qeyd edək ki, “Barselona” Messini yalnız 700 milyon avroya satmağa razıdır. Futbolçu isə müqaviləni birtərəfli qaydada pozmaq istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3757
avatar

Oxşar yazılar