Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub
13 fevral 2020 00:07 (UTC +04:00)

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

 

Azərbaycanın daha bir yunan-Roma güləşçisi İtaliyanın Roma şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb. 

Apasport.az saytının məlumatına görə, 82 kq çəki dərəcəsində mübarizə aparan Rafiq Hüseynov 9 ildən sonra yenidən qitə çempionu tituluna yiyələnib. 

Tirone Sterkenburq (Niderland), Boqdan Kurinnoy (İsveç), Çiro Russonu (İtaliya) məğlub edən pəhləvanımız finalda Daniel Tixomirov Aleksandrovdan (Bolqarıstan) da güclü olub. O, görüşü 2:1 hesabı ilə xeyrinə bitirib. 

İkinci medal günündə Murad Bazarov (60 kq) və Ülvü Quluzadə (72 kq) fəxri kürsüyə yüksəliblər. Onlar üçüncü yer uğrunda qarşılaşmada müvafiq olaraq, estoniyalı Helari Miqisal və rusiyalı Adam Kuraka qalib gəliblər. Bazarov rəqibini vaxtından əvvəl məğlub edibsə (9:0), Quluzadə 3:1 hesabı ilə qələbə qazanıb. 

Beləliklə, yunan-Roma güləşi üzrə Azərbaycan yığması Avropa çempionatını 2 qızıl və 4 bürünc medalla başa vurub. Komandamızın heyətində bir gün öncə Sənan Süleymanov (77 kq) çempion tituluna yiyələnib, Eldəniz Əzizli (55 kq) və İslam Abbasov (87 kq) üçüncü yeri tutub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2263
avatar

Oxşar yazılar