Azərbaycandan imtina edən futbolçu Türkiyə millisinə çağırılır
24 iyul 2020 10:05 (UTC +04:00)

Azərbaycandan imtina edən futbolçu Türkiyə millisinə çağırılır

Azərbaycan millisində oynamaqdan imtina edən Almaniyanın "Darmştadt" klubunun hücumçusu Sərdar Dursun arzusuna çatır.

Apasport.az saytının məlumatına görə, Türkiyə yığmasında oynamağı hədəfləyən 29 yaşlı forvard baş məşqçi Şenol Günəşin maraq dairəsinə düşüb.

Cenk Tosun zədələndiyi üçün yeni hücumçu axtarışında olan çalışdırıcı ötən mövsüm Bundesliqa II-də 19 qol vuran Sərdarı sentyabrda Millətlər Liqasındakı oyunların heyətinə çağırmağı planlaşdırır. Forvard özü də bu yaxınlarda AFFA-dan təklif aldığını lakin Türkiyə millisində oynamaq istədiyi üçün dəvəti rədd etdiyini bilirib.

Qeyd edək ki, Türkiyə yığması sentyabrın 3-də Macarıstan, 6-da isə Serbiya ilə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3511
avatar

Oxşar yazılar