Alaba "Bavariya"dan 20 milyon avro tələb edir
21 iyul 2020 18:19 (UTC +04:00)

Alaba "Bavariya"dan 20 milyon avro tələb edir

"Bavariya" müdafiəçisi David Alabanı komandada saxlamaqda qərarlıdır.

Apasport.az saytının məlumatına görə, Münhen klubu bununla bağlı ulduz futbolçu ilə danışıqları davam etdirir.

Yeni müqavilə üçün tərəflər növbəti dəfə bir araya gəliblər. Meneceri Pini Zahavi müştərisinin dünyanın ən yaxşı müdafiəçilərindən olduğunu düşünür və buna uyğun maaş tələb edir. 28 yaşlı oyunçunun istəyi 20 milyon avroluq illik məvacibdir. Avstriya millisinin üzvü karyerasını Münhen klubunda bitirmək arzusundadır, lakin bunun üçün tələbləri qəbul olunmalıdır.

Qeyd edək ki, David Alaba 2010-cu ildən "Bavariya"da çıxış edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7665
avatar

Oxşar yazılar