Abdullah Avcı “Fənərbaxça”ya, Ərsun Yanal Azərbaycan millisinə keçə bilər
24 fevral 2020 14:18 (UTC +04:00)

Abdullah Avcı “Fənərbaxça”ya, Ərsun Yanal Azərbaycan millisinə keçə bilər

Azərbaycan millisinin baş məşqçisi postuna daha bir namizədin adı siyahıdan çıxarılıb.

Apasport.az saytının məlumatına görə, AFFA-nın Türkiyə yığmasının sabiq çalışdırıcısı Abdullah Avcı ilə apardığı danışıqlar mənfi nəticələnib.

57 yaşlı mütəxəssisin assosiasiyanın təklifini rədd etməsinə səbəb kimi Super Liqada böyük klublardan birində çalışmaq istəyi göstərilib. Son klubu “Beşiktaş” olan Avcı hazırda “Fənərbaxça”nın baş məşqçisi olmağa ən real namizəd göstərilir. Super Liqanın XXIII turunda “Qalatasaray”a öz meydanında 1:3 hesabı ilə məğlub olan “sarı-lacivərdlilər”də Ərsun Yanalın istefaya göndərilməsi və onu Avcının əvəzləməsi müzakirə mövzusudur. Abdullah Avcının da məhz bu üzdən yığmamızı çalışdırmaq təklifini qəbul etmədiyi vurğulanıb.

 

Qonşu ölkənin “Hürriyet” nəşri Avcının “Fənərbaxça”ya, Ərsun Yanalın isə Azərbaycan yığmasına keçmək variantını da istisna etməyib.

Qeyd edək ki, millimizə digər əsas namizədlər italiyalılar – Covanni De Byazi və Çezare Prandelli göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1911
avatar

Oxşar yazılar