AFFA "Keşlə"nin bu futbolçusunu milliləşdirir
18 fevral 2020 12:23 (UTC +04:00)

AFFA "Keşlə"nin bu futbolçusunu milliləşdirir


“Keşlə”nin futbolçusu Sezar Meza Kolli Azərbaycan yığmasına dəvət alacaq.

Apasport.az saytının məlumatına görə, AFFA Paraqvay əsilli italiyalı yarımmüdafiəçini milliləşdirmək qərarına gəlib.

2013-cü ildən ölkəmizdə çıxış etməsi nəzərə alınaraq, Meza Kollinin FIFA-nın müvafiq qaydalarına əsaslanmaqla AFFA tərəfindən milliləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 29 yaşlı Sezar Meza Kolli “Keşlə” (əvvəlki “İnter”) ilə yanaşı, “Zirə”nin də formasını geyinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1666
avatar

Oxşar yazılar