6 dəfə ölkə çempionu olan klub 3-cü divizona düşdü
23 iyul 2024 18:18 (UTC +04:00)

6 dəfə ölkə çempionu olan klub 3-cü divizona düşdü

“Bordo” maliyyə problemlərinə görə Fransanın üçüncü güclü divizionuna keçdiyini açıqlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, "Jirondinlər"in rəhbərliyi borclarına görə klubun üçüncü diviziona göndərilməsi qərarından verdiyi apellyasiya şikayətini geri götürüb.

Qeyd edək ki, “Bordo” “Liverpul”un sahibi olan “Fenway Sport Group” tərəfindən satın alına bilər, lakin müqavilə baş tutmayıb.

Ötən mövsüm "Bordo" Liqa 2-də 12-ci yeri tutub. Klub 6 dəfə Fransa çempionu, həmçinin 4 dəfə Fransa kubokunun qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1713
avatar

Oxşar yazılar