Milanda keçirilən görüş əlavə vaxtda meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb, Stanko Yuriç 38-ci dəqiqədə “Parma”nın qapısına qol vurub.
Lent.az-ın xarici mediaya istinadla xəbər verir ki, “İnter” 88-ci dəqiqədə Lautaro Martinezin qolu sayəsində məğlubiyyətdən xilas olub, əlavə vaxtda Françesko Acerbi (110-cu dəqiqə) qələbə qolunu vurub.
44 yaşlı Canluici Buffon B Seriyasında çıxış edən “Parma”nın start heyətinə daxil olub. Qapıçı cari mövsümdə dördüncü oyununa çıxıb. “Yuventus”un heyətində 10 dəfə İtaliya çempionu olub, 1999-cu ildə “Parma” ilə birlikdə UEFA kubokunu, 2006-cı ildə İtaliya millisi ilə Buffon dünya çempionatında qızıl medal qazanıb.O, həm də ən çox oyuna (174) görə milli komanda rekorduna sahibdir.