“Sevilya”nın müdafiəçisi Serxio Ramos və həyat yoldaşı Pilar Rubio arasında münasibətlər pozulmağa yaxındır.
Lent.az xarici mediaya istinadla bildirir ki, “El Desmarque” cütlüyün yaxın adamlarına istinadən xəbər verir. Cütlük 11 ildir ki, münasibətdədir. Onlar 2019-cu ildə evlənib və dörd övladı var.
“El Desmarque” Ramos və Rubioya yaxın insanların dediklərindən sitat gətirir: “Ailənin dağılması bir neçə günün məsələsidir”.
Bir neçə gün əvvəl cütlükdə böhranla bağlı şayiələr yayılıb və bu, indi ictimaiyyətdə təsdiqlənir.