4-cü Avropa Gimnastikası “Challenge”də iştirak edən milli komandamız bürünc medal alıb
13 iyul 2024 22:44 (UTC +04:00)

4-cü Avropa Gimnastikası “Challenge”də iştirak edən milli komandamız bürünc medal alıb

4-cü Avropa Gimnastikası “Challenge”-də iştirak edən milli komandamız bürünc medala sahib olub.

Lent.az xəbər verir ki, iyulun 13-ü Norveçin Bodo şəhərində baş tutan “Gimnastika hamı üçün” növü üzrə həyat naminə 4-cü Avropa Gimnastikası “Challenge”-də iştirak edən milli komandamızın üzvləri Ləman Zeynalzadə, Aygül Babaşova, Nurcahan Əliyeva, Fidan Bədəlova, Milena Hümbətova, Aygün İsmayılova, Rəna Fətəliyeva, Sehri Teymurzadə, Maria Koleva, Tahirə Abuşova, Daria Kşnyakina, Səkina Əskərova, Tahirə Abuşova və Məryəm Həsənova bürünc medal sahibi oldular.

Qeyd edək ki, 60 komanda arasında Azərbaycan təmsilçiləri olan "Moonlight" komandasının üzvləri 3-cü yerə layiq görülüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2313
avatar

Oxşar yazılar