“Qodoy-Krus” komandasının uruqvaylı hücumçusu Santyaqo Qarsiya öz evində ölmüş vəziyyətdə tapılıb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Argentina klubunun oyunçusu özünü öldürüb. Onun psixoloji problemlərinin yarandığı və psixiatrın nəzarətində olduğu bildirilir.
Qarsiya “Qodoy-Krus”da 2016-cı ildən çıxış edirdi. O, komandanın heyətində 100 oyunda 46 qol vurmuşdu.
Bundan başqa, oyunçu Braziliya çempionatındakı çıxışları ilə diqqət çəkmişdi və Uruqvay gənclər komandasının oyunlarına qatılmışdı.