Belçikanın “Winkel Sport” komandasının gənc qapıçısı Arne Espil penalty zərbəsini dəf edərkən özünü pis hiss edib.
Lent.az “Het Nieuwsblad” nəşrinə istinadən xəbər verir ki, o, huşunu itirib və xəstəxanaya aparılarkən yolda ölüb.
25 yaşlı futbolçu “Westrowzebaek”in penalti zərbəsini dəf edəndən sonra meydançaya yıxılıb.
Qarşılaşma dayandırılıb, həkimlər onun yanına qaçaraq ilkin tibbi yardım göstəriblər.
Qapıçı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.