21 illik ənənə Tokioda QIRILDI
07 avqust 2021 19:08 (UTC +04:00)

21 illik ənənə Tokioda QIRILDI

Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarını qızıl medalsız başa vurub.

Lent.az apasport.az-a istinadla bildirir ki, Olimpiadaya 44 idmançı ilə qatılan komandamız aktivinə 3 gümüş, 4 bürünc mükafat yazdırıb.

Bununla yığmamız 2000-ci ildə Sidneydə keçirilən Olimpiadadan sonra ilk dəfə mötəbər yarışı qızıl medal qazanmadan tamamlayıb. Atlanta-1996-da bir gümüşlə kifayətlənən Azərbaycan ondan sonrakı 5 Oyunların (Sidney-2000, Afina-2004, Pekin-2008, London-2012, Rio-2016) hamısından qızıl mükafatla dönməyə nail olub. 21 illik ənənə Yaponiyanın paytaxtında qırılıb.

Qeyd edək ki, Azərbaycan yığmasının heyətində Tokio-2020-də karateçilər İrina Zaretska (+61 kq), Rafael Ağayev (75 kq), sərbəst güləşçi Hacı Əliyev (65 kq) gümüş, cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq), yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) və sərbəst güləşçi Mariya Stadnik (50) isə bürünc medal əldə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7110
avatar

Oxşar yazılar