Fevralın 19-da "Barselona" La Liqanın 22-ci turunun oyununda "Kadis"i 2:0 hesabı ilə məğlub edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Kataloniya klubunun heyətində ikinci qolun müəllifi birinci hissənin əsas vaxtında fərqlənən hücumçu Robert Levandovski olub. Polyak üçün bu La Liqada 15-ci qol olub, o, İspaniya çempionatında bombardirlik yarışının lideridir.
Levandovski La Liqada ilk 19 oyununda 15 qol vurub. 21-ci əsrdə yalnız bir futbolçu La Liqada 15 qol həddinə daha tez nail olub - Kriştiano Ronaldo 17 oyunda 15 qol vurub. Bu, 2009/10 mövsümündə baş verib.