FIFA-nın versiyasına görə 2022-ci ilin ən yaxşı futbolçusu mükafatına son 3 namizəd müəyyənləşib.
Lent.az xəbər verir ki, ən yaxşı mükafata namizədlər Lionel Messi (PSJ, Argentina), Kilian Mbappe (PSJ, Fransa) və Kərim Benzemadır ("Real", Fransa).
Qalib fevralın 27-də Fransanın paytaxtı Parisdə keçiriləcək mərasimdə elan olunacaq.
Xatırladaq ki, 2021-ci ilin ən yaxşı oyunçusu mükafatını Lionel Messi və Məhəmməd Salahı qabaqlayaraq birinci olan polşalı Robert Levandovski qazanmışdı.