20 yaşlı voleybolçu FACİƏLİ  şəkildə öldü
20 fevral 2023 18:47 (UTC +04:00)

20 yaşlı voleybolçu FACİƏLİ şəkildə öldü

Gənclər arasında çimərlik voleybolu üzrə Avropa çempionatının bürünc mükafatçısı rusiyalı İvan Osipov 20 yaşında dünyasını dəyişib. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə Ümumrusiya Voleybol Federasiyasının Telegram-kanalında məlumat verilib

Rusiyalı voleybolçu qəza keçirib və 6 gün komada qalsa da, həkimlər onu xilas edə bilməyiblər. 

2019-cu ildə Avstriyanın Badene şəhərində Osipov Anatoli Vasilenko ilə birlikdə gənclər arasında çimərlik voleybolu üzrə Avropa çempionatında üçüncü yeri tutub. İdmançı Krasnodar diyarını təmsil edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1950
avatar

Oxşar yazılar