Almaniya Superkubokunda "Bavariya"nın baş məşqçisi Tomas Tuxel klubu ilə birlikdə məğlub olub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu, Münhen klubunun 1992-ci ildən bəri ən pis başlanğıcıdır.
Tomas Tuxelin rəhbərliyi altında "Bavariya" artıq keçirdiyi ilk 13 rəsmi oyunun 5-də məğlub olub. Bundan əvvəl oxşar başlanğıc ilə 31 il əvvəl Soren Lerbyu üzləşmişdi.
Avqustun 12-də “Bavariya” “Leypsiq”ə uduzub (0:3). Tomas Tuxel 2023-cü ilin mart ayından Münhendə işləyir. Müqavilə daha iki il müddətinə qüvvədədir.