140 milyonluq  PLAN
22 may 2022 02:10 (UTC +04:00)

140 milyonluq PLAN

“Barselona” yay transfer pəncərəsində futbolçu satışından 140 milyon avro qazanmağı planlaşdırır.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, İspaniya nəhəngi Serjinyo Dest, Feenki de Yonq və Memfis Depayı satmaqla bu məbləği əldə etmək niyyətindədir.

Klub rəhbərliyi bu oyunçularla bağlı bütün təklifləri nəzərdən keçirməyə hazırdır. Bu, maliyyə çətinliklərinin aradan qaldırılması üçün zəruri addımdır.

Qeyd edək ki, 2021/22 mövsümündə Dest 31, de Yonq 46 (4 qol), Depay 27 (13 qol) oyun keçirib.

# 1647
avatar

Oxşar yazılar