120 ilin ən gənc  Olimpiya finalçısı oldu
02 avqust 2024 19:00 (UTC +04:00)

120 ilin ən gənc Olimpiya finalçısı oldu

İspan tennisçisi Karlos Alkaras olimpiya oyunlarının təkbətək yarışının yarımfinal görüşündə kanadalı Feliks Auger-Aliassimeni (6:1, 6:1) inamla məğlub edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, görüş 1 saat 15 dəqiqə davam edib.

Səkkizdə bir finalda Auger-Aliassime Rusiyanın birinci raketkası Daniil Medvedevi turnirdən kənarlaşdırıb (6:3, 7:5).

Alkaras karyerasında ilk dəfə olimpiya finalında çıxış edəcək. 21 yaşlı ispaniyalı bu Olimpiya tennis turnirində 1904-cü ildən bu mərhələyə çatan ən gənc finalçı olub. Bundan əvvəlki rekord isə 1904-cü ildə amerikalı Robert LeRoyun tərəfindən qırılıb.

Alkarasın finaldakı rəqibi ikinci yarımfinalda serb Novak Cokoviçlə italiyalı Lorenzo Musetti arasında keçiriləcək görüşdə müəyyənləşəcək.

Olimpiada tennis turnirinin finalı bazar günü, avqustun 4-də baş tutacaq. Parisdə Yay Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504
avatar

Oxşar yazılar