11 futbolçu  "Çelsi"ni tərk edir
13 avqust 2024 09:35 (UTC +04:00)

11 futbolçu "Çelsi"ni tərk edir

"Çelsi" Avropada transfer pəncərəsi bağlanana qədər bir neçə futbolçunu satmaq istəyir.

Lent.az xarici mediaya istinadla bildirir ki, londonlular çıxış transferlərindən təxminən 200 milyon funt-sterlinq qazanmağı gözləyirlər.

Bildirilir ki, Romelu Lukaku, Trevo Çalobah, Armando Broya, Konor Qallager, Karni Çukvumeka, Ben Çilvell, Rahim Sterlinq (Əgər Joao Feliks imzalansa), Noni Madueke, David Fofana, Bəşir Hamfris və Çezare Kasadey klubu tərk edə bilər. Qeyd edək ki, daha əvvəl xəbər verildiyi kimi Konor Qallager "Atletiko Madrid"ə keçməyə yaxındır.

Qarşıdan gələn bazar günü, avqustun 18-də "Çelsi" İngiltərə Premyer Liqasının yeni mövsümünün ilk oyununu keçirəcək. Onun rəqibi hazırki çempion "Mançester Siti" olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 867
avatar

Oxşar yazılar