“Böyük Qafqaz” yürüşü ilə bağlı tədbir keçirilib
Lent.az-ın məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov veloyürüşlə bağlı təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, Litva, Gürcüstan, İran və Azərbaycanın 1993-1994-cü il təvəllüdlü velosipedçilərinin qatılacağı yürüşün gələcəkdə ölkəmizdə velosiped idmanının kütləviliyinin artmasına böyük təsiri olacaq. Çünki yarış yeniyetmələr arasında təşkil olunacaq. Turnirin 6200 dollar mükafat fondu olacaq.
İ.İsmayılov tədbirin sponsoru olan Dövlət Neft Şirkətinə minnətdarlıq edib. Şirkət nümayəndəsi isə veloyürüşə lazımi maliyyə dəstəyi verəcəklərini bildirib.
Nazir müavini velosiped idmanının ölkəmizdə hazırkı durumu barədə də danışıb. O bildirib ki, Azərbaycan Velosiped İdmanı Federasiyasında prezident postu hələ də vakantdır. Federasiyanın hesabat-seçki konfransı keçirilməli və yeni prezident təyin olunmalıdır. Bununla belə, İ.İsmayılov nazirliyin bu idmanın növü üzrə yarışlara və təlim-məşq toplantılarına lazımi dəstəyi verdiyini söyləyib. O, 2012-ci il London Yay Olimpiya Oyunlarına velosiped idmanı növündə də lisenziyanın planlaşdırıldığını vurğulayıb: “Hazırda dünyada velosiped idmanı növündə rəqabət yüksək səviyyədədir. Ötən il qadın velosipedçimiz Yelena Çalıx Dünya Kubokunda gümüş medal qazanıb. Çalışacağıq ki, London olimpiadasında da bu növdə təmsil olunaq”.
O, gələcəkdə velosiped idmanı üzrə daha nüfuzlu yarışların ölkəmizdə təşkilinə çalışacaqlarını əlavə edib.
Elşən MƏMMƏDOV

1716