Roberto Karlos rəsmən “Anji”də
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 10-da 38 yaşı tamamlanacaq müdafiəçi 2,5 illik sövdələşməyə imza atıb.
Anlaşmanın belə uzunmüddətli olması Rusiya Premyer Liqasında növbəti mövsümün ilyarım davam edəcəyi ilə bağlıdır. Karlosun yeni komandasına fevralın 19-da qoşulacağı bildirilir.
Roberto Karlos karyerası ərzində Braziliyanın “Uniao San-Joao”, “Palmeyras”, İtaliyanın “İnter”, İspaniyanın “Real Madrid”, Türkiyənin “Fənərbağça” klublarında çıxış edib. O, Braziliyanın “Korintians” komandasında da qısa müddət çıxış etdikdən sonra müqaviləsini pozub. Yığmada 125 matçda 11 qol vurub.
Qeyd edək ki, Roberto Karlos “Anji”də Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun komanda yoldaşı olacaq və böyük məşqçi Vaqif Sadıqovun rəhbərliyi altında çıxış edəcək. Hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan Mahaçqala komandası martın ilk 10 günlüyündə “Bakı”nın bazasında da hazırlıq prosesi keçəcək. Bu müddətdə “Anji”nin “Bakı” və ya “Qarabağ”la yoldaşlıq görüşü keçirəcəyi də gözlənilir.

Oxşar yazılar

Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19