“Beşiktaş” daha 3 portuqaliyalı ulduz alır
13 dekabr 2010 19:14 (UTC +04:00)

“Beşiktaş” daha 3 portuqaliyalı ulduz alır

Lent.az-ın “qartallar”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, portuqaliyalı oyunçuların özləri və klubları ilə danışıqlara başlanıldığı açıqlanıb.

Daha bir futbolçu Manuel Fernandes isə artıq İstanbula gəlib. İspaniyanın “Valensiya” klubundan ayrılan portuqaliyalı dayaq yarımmüdafiəçisi tibbi baxışdan keçdikdən sonra “Beşiktaş”la müqavilə imzalayacaq.

Qeyd edək ki, Simao Sabrozanın 31, Uqu Almeydanın 26, Manuel Fernandesin isə 24 yaşı var. Bunlardan əlavə “ağ-qaralar”ın heyətində daha bir portuqaliyalı Rikardu Kuarejma da çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535

Oxşar yazılar