Azərbaycan millisinə yeni futbolçular çağırıldı
Futbol üzrə Azərbaycan milli komandasının dekabrın 13-də Bakıda start götürəcək növbəti təlim-məşq toplantısı üçün heyəti açıqlanıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 4 gün davam edəcək hazırlıq prosesinə 21 oyunçu çağırılıb.
Onların arasında Andrey Popoviç, Samir Zərgərov, Novruz Məmmədov, Arif Daşdəmirov, Babək Nəbiyev, Elnur Abdullayev, Əziz Quliyev, Arif İsayev kimi yeni futbolçular da var. Digərlərindən fərqli olaraq, Popoviç I divizionda çıxış edən “Abşeron”da yer alır. O, üçüncü qapıçı kimi sınaqdan çıxarılacaq. Babək Nəbiyevə gəldikdə, 21 yaşlı yarımmüdafiəçi Rusiyanın çempionatının II divizionunda çıxış edən “Nika” futbol klubunun üzvüdür.
Qarşıdakı toplanışa “Qarabağ”ın cəmi 2 oyunçusu – Elvin Məmmədovla Rauf Əliyev çağırılıb. Baş məşqçi Berti Foqts daha çox “Neftçi”nin futbolçularına dəvət göndərib. Almaniyalı mütəxəssis flaqmanın 6 üzvünü sərəncamında görəcək.
Dekabrın 13-dən 16-dək Bakı şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Qapıçılar: Aqil Məmmədov (“Bakı”), Səlahət Ağayev (“İnter”), Andrey Popoviç (“Abşeron”)
Müdafiəçilər: Vurğun Hüseynov (“Turan”), Aqil Nəbiyev (AZAL), Ruslan Əmircanov (“Neftçi”), Novruz Məmmədov (“Muğan”), Arif Daşdəmirov (“İnter”)
Yarımmüdafiəçilər: Amit Quluzadə, Araz Abdullayev, Cavid Hüseynov (hər üçü “Neftçi”), Elvin Məmmədov (“Qarabağ”), Babək Nəbiyev (klubsuz), Samir Zərgərov (“Gəncə”), Elnur Abdullayev (“Muğan”), Əziz Quliyev (“Bakı”), Cavid İmamverdiyev (“Neftçi”), Arif İsayev (“Qəbələ”)
Hücumçular: Fərid Quliyev (“Neftçi”), Rauf Əliyev (“Qarabağ”), Branimir Subaşıç (“Qəbələ”).

635