“Qalatasaray”la həmyaşıd olan azarkeş Fatma nənə
18 oktyabr 2010 15:45 (UTC +04:00)

“Qalatasaray”la həmyaşıd olan azarkeş Fatma nənə

Lent.az-ın “sarı-qırmızılar”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, Fatma nənə adlandırılan azarkeş oktyabrın 17-də “Əli Sami Yen” stadionunda keçirilmiş oyunu izləyib.

Qarşılaşma öncəsi meydançaya enən Çolaka klub prezidenti Adnan Polat tərəfindən kubok hədiyyə edilib. Əynində 105 nömrəli “Qalatasaray” forması ilə meydançanın kənarına gələrək, topa zərbə endirən Fatma nənə ardından yanındakı şəxslərlə birgə tribunaları gəzib. Amma o, stadiondan məyus ayrılıb. Çünki oyun “Cim-Bom”un 2:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, Fatma Çolak Türkiyənin Artvin vilayətinin Şavşat kəndində yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1534

Oxşar yazılar