Nazim Süleymanov: “Almaniyanın da qanını qaraldarıq”
Lent.az-ın məlumatına görə, veteran futbolçu “Moskovskiy Komsomolets”ə müsahibəsində millimizin gözlənilməz qələbəsinin səbəbini açıqlayıb.
Onun fikrincə, oktyabrın 12-də keçirilmiş 2012-ci il Avropa çempionatının seçmə qrup matçında yığmamız Türkiyədən fərqli olaraq, çox yaxşı oyun sərgiləyib: “Rəqib bizi layiqincə qiymətləndirmədi. Bu səbəbdən, “ay-ulduzlular”ı cəzalandırdıq. Hələ Türkiyənin bəxti gətirdi ki, biz cəmi 1:0 hesabı ilə qalib gəldik. Hesab 3:0 da ola bilərdi. Son zamanlar çoxlu söz-söhbət gəzirdi ki, yığmamızın baş məşqçisi Berti Foqtsu qovacaqlar. Lakin fikrimcə, bu qələbə ona postunda qalmaqda kömək edəcək”.
Süleymanov Türkiyə və Azərbaycan yığmalarının A qrupundakı perspektivinə də toxunub. 45 yaşlı mütəxəssis “ay-ulduzlular”ın hələ xallar qazanacağını, Avstriya və Belçika ilə 2-ci yer uğrunda mübarizə aparacağını bildirib: “Azərbaycan millisi isə qrupda 3-cü yeri də tuta bilməyəcək. Çünki hələ yetişməyiblər. İndi bizə lazım olan reytinq xalları qazanmaqdır ki, növbəti seçmə mərhələlərin püşkatma mərasimləri üçün bölgüdə nisbətən güclü komandaların yer aldığı səbətə düşək. Öz meydançamızda Türkiyəyə qarşı oynadığımız kimi çıxış etsək, hətta Almaniyanın da qanını qaraldarıq”.

Oxşar yazılar

Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 03:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22